• DÜNYA

    00:44 21 dekabr 2020

Sankt-Peterburqda alim qətlə yetirilib

Rusiyanın Sankt-Peterburq şəhərinin Zamşina küçəsindəki evlərdən birində ötən gün meyiti tapılmış kişini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

APA xəbər verir ki, bu barədə şəhər üzrə İstintaq Komitəsinin Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

“Fontanka” internet nəşrinin yazdığına görə, söhbət bioloq Aleksandr Kaqanskinin qətlindən gedir.

Qətldə şübhəli bilinən 45 yaşlı Sankt-Peterburq sakininə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci bəndi əsasında cinayət işi başlanılıb, onu 15 ilədək həbs cəzası gözləyir.

İstintaq Komitəsinin verdiyi məlumata görə, 19 dekabrda Sankt-Peterburqda üzərində zorakılıq əlamətləri əlamətləri olan 1975-ci il təvəllüdlü bir kişinin cəsədi tapılıb. Ölən şəxsin adı komitənin materialında göstərilməyib.

Uzaq Şərq Federal Universitetinin məlumatına görə, A.Kaqanski biomüxtəlifliyin öyrənilməsi və qorunması üzrə beynəlxalq hərəkatın ideya müəlliflərindən biridir. O, bir çox layihələr üzərində çalışırdı. Kaqanski, eyni zamanda xərçəngin müalicəsini də axtarırdı.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR