Çinin Şanxay şəhərində binanın çökməsi nəticəsində azı 10 nəfər ölüb. Xilasedicilər dağıntılar altından daha 15 nəfəri xilas edə bilib.
ONA-nın verdiyi xəbərə görə, bu barədə “Sinxua” agentliyi yerli rəsmi dairələrə istinadən məlumat yayıb.
Hadisə ötən günün birinci yarısında Çannin rayonunda baş verib. Söküntü işləri aparılan köhnə fabrikin divarı dağılıb. Həmin vaxt binada 20-dən çox fəhlə olub.
Hadisə yerində xilasetmə işləri davam etdirilir.