• DÜNYA

    07:49 9 iyun 2019

“Sarı jiletlilər” 30-cu həftədir ki, Fransa küçələrindən çəkilmir

Yanacaq qiymətinin artırılmasına və ağır iqtisadi vəziyyətə görə Fransanın müxtəlif şəhərlərində etirazlara başlayan “sarı jiletlilər” artıq 30-cu həftədir ki, küçələrdən çəkilmirlər.

APA CNN-ə istinadən xəbər verir ki, Parisin Sankt-Denis küçəsindən Bobignyə istiqamətlənmiş nümayişçilər polisə daş və şüşə qırıntıları atıblar.

Nümayişi dağıtmağa çalışan polis isə etirazçılara qarşı bibər qazından istifadə edib.

Dijon şəhərində etirazlardan 12 nəfərin saxlanıldığı, bir polisin isə yaralandığı bildirilir.


Monpeliedə də polislə nümayişçilər arasında toqquşma olub. Burada 5 etirazçı, 9 polis yaralanıb.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə daxilində nümayişlərə 10 min 300 nəfər qatılıb. “Sarı jiletlilər” isə bu rəqəmin 19 min 654 olduğunu bildirib.


Qeyd edilib ki, nümayişlərdə bu günə qədər 11 nəfər öldürülüb, 797 polis, 4 min 245 nəfər etirazçı yaralanıb. 12 min 107 nəfər isə nümayişlər zamanı saxlanılıb.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR