Şənbə günü “Sarı jiletlilər” Parisdə yeni aksiya keçirmək niyyətindədirlər və tərəfdarlarını paytaxta gəlməyə çağırırlar.
ONA TASS-a istinadən xəbər verir ki, şənbə nümayişi sayca 23-cü olacaq.
Fransa daxili işlər naziri Kristof Kastaner şəhərlərdə təhlükəsizliyinin qorunması üçün 60 min polisin səfərbər olduğunu bildirib.
Onun sözlərinə görə, təxribatların və xuliqanlıqların qarşısı alınacaq.