• DÜNYA

    06:18 13 aprel 2021

Şəkidə 17 yaşlı velosipedçini avtomobil vurub öldürüb

Şəkidə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 35-ci kilometrliyində, Şəki rayonunun Böyük Dəhnə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Balakən rayonu Qullar kənd sakini, 1996-cı il təvəllüdlü Əsəbəli Nəbi oğlu Tütünçiyev iradə etdiyi “Mercedes” markalı, AS 866 QO dövlət nömrə nişanlı minik avtomobili ilə Yevlax rayonu istiqamətində hərəkətdə olarkən, Şəki şəhəri istiqamətində velosipedlə hərəkətdə olan, 2004-cü il təvəllüdlü Böyük Dəhnə kənd sakini Məhəmməd Ramil oğlu Namazovu vurub.

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan M.Namazov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR