• DÜNYA

    02:21 9 sentyabr 2020

Sentyabrın 15-də ABŞ prezidentinin iştirakı ilə İsrail və BƏƏ arasında müqavilə imzalanacaq


ABŞ Prezidenti Donald Tramp sentyabrın 15-də İsrail və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nümayəndə heyətini qəbul edəcək.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən Ağ Ev rəsmisi Reuters-ə bildirib.

Mənbənin məlumatına görə, qəbul zamanı iki ölkə arasındakı münasibətlərin tam normallaşdırılmasına dair müqavilə imzalanacaq.

Qeyd edilib ki, İsrail nümayəndə heyətinə Baş nazir Binyamin Netanyahu, BƏƏ nümayəndə heyətinə isə Xarici işlər naziri Abdullah bin Zayed Al Nahyan rəhbərlik edəcək.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR