Sentyabrın 3-də İsveçrənin Bern şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Büro iclası keçiriləcək.
Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.
Tədbirdə qurumun payız sessiyasının gündəliyi təsdiqlənəcək, AŞPA-da ləğv olunmuş Azad Demokratlar qrupu, Ukraynada keçirilmiş parlament seçkilərinin nəticələri, Parlament Assambleyasının xarici əlaqələri barədə müzakirələr aparılacaq.
Səfər sentyabrın 4-də başa çatacaq.