• DÜNYA

    08:45 20 may 2019

SEPAH-ın baş komandanı: "Düşmənlərimizin savaşmağa iradəsi yoxdur"

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Hüseyn Səlami İranla ABŞ arasındakı son durumla bağlı fikirlər səsləndirib.

ONA xarici mediaya istinadla xəbər verir ki, o, rəhbərlik etdiyi qurumda edilmiş yeni təyinatlarla bağlı Tehranda keçirilən tədbirdə çıxışı zamanı bildirib ki, İran müharibəyə meyl etməsə də, baş verə biləcək hər hansı hadisənin qarşısını almaq gücündədir.

ABŞ-la müharibə etmək niyyətində olmadıqlarını deyən Səlami əlavə edib ki, savaşdan qorxmurlar, ona həm də tam hazırdırlar: “Düşmənlərimizin isə savaşmağa iradəsi yoxdur. Bizim fərqimiz odur ki, onlar müharibədən qorxurlar, biz isə qorxmuruq. Aydın məsələdir ki, mahiyyəti belə olan bir düşməni məğlub etmək asan işdir”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR