• DÜNYA

    15:04 14 mart 2019

SEPAH Körfəzdə hərbi təlim keçib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Körfəzdə pilotsuz təyyarələrin hərbi təlimini keçirib.

ONA-nın Tehran bürosunun məlumatına görə, “İla Beytülmüqəddəs 1” adlı təlimdə İranda istehsalı olunan “RQ-170” tipli 50 pilotsuz təyyarə iştirak edib və hədəfləri məhv edib.

Təlimə digər hücumçu və bomba daşıyan pilotsuz təyyarələr də qatılıb.

Pilotsuz təyyarələr 1000 kilometr uzaqda hədəfi məhv etmək üçün hücuma keçib və təyin olunmuş hədəfləri məhv edib.

Süleyman Fərzəliyev

Aytən

Teqlər:

SON XƏBƏRLƏR