İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) İranın Xuzestan əyalətində hava hücumundan müdafiə texnikiası sərgisini təşkil edib.
ONA-nın Tehran bürosunun məlumatına görə, sərgidə SEBAH-ın Hərbi Hava Qüvvələrinin texnikaları - dəqiq hədəfi məhv etmə qabiliyyətinə malik raketlər, pilotsuz uçuş aparatları, son model radar sistemləri, yer-hava sistemləri və modern hərbi hava hücumundan müdafiə qurğuları nümayiş olunur.
Sərginin açılışına SEPAH komandanının müavini Hüseyn Salami də qatılıb.
Sərgi aprel ayının 4-dək açıq olacaq.