• DÜNYA

    02:45 17 mart 2019

Serb milliyyətçiləri Belqradda televiziya binasına basqın ediblər

Şənbə günü keçirilən yürüş zamanı serb milliyyətçiləri “RTS” dövlət televiziyasına hücum ediblər.

ONA-nın TASS-a istinadən yaydığı xəbərə görə, binaya basqın zamanı nümayişçilərin arasında müxalifət liderləri Boşko Obradoviç və Draqan Djilas da olub.

Müxalifətçilər televiziya rəhbərliyi ilə görüş və canlı efir tələb ediblər. Nümayişçilər binanı yumurta atəşinə tutublar, daha sonra içəri daxil olub, orada iğtişaş törədiblər.

Hadisə yerinə gələn polis işçiləri iğtişaşçıların qarşısını ala biliblər.

Serbiyanın daxili işlər naziri Neboyşa Stefanoviç mətbuat konfransında bəyan edib ki, televiziya binasına basqın edənlərin hər biri etdiyi əmələ görə cəza çəkəcək.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR