Serbiya etnik gərginliyin artması səbəbindən serb polisini və qoşunlarını Kosovada yerləşdirmək üçün NATO missiyasına (KFOR) müraciət etmək niyyətindədir.
ONA-nın “Alman dalğası”na istinadən verdiyi xəbərə görə, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib.
Bununla belə, Serbiya Prezidenti deyib ki, çətin ki, KFOR bu bu təklifi bəyənsin.
Qeyd edək ki, bundan əvvəl etnik serblərin yaşadığı Kosovanın şimal bölgəsində kütləvi iğtişaşlar və polislə atışma baş verib. Kosovanın şimalında dekabrın 18-də keçirilməsi nəzərdə tutulan mer seçkiləri də gələn il aprelin 23-nə təxirə salınıb.