Şənbə günü Belqradda kütləvi etiraz aksiyası keçirilib.
ONA TASS-a istinadən xəbər verir ki, mitinq parlament binasının qarşısında başlayıb, sonra yürüş keçirilib.
Aksiyada iştirak edənlər prezident Aleksandr Vuçiç və baş nazir Ana Brnabimin istefasını tələb ediblər.
Müxtəlif mənbələrə əsasən, mitinqdə 10-30 min insan iştirak edib.