"Aleksandr Vuçiç prezident olduğu müddətdə Belqrad NATO-nun üzvü olmayacaq."
ONA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Serbiyanın müdafiə naziri Aleksandr Vulin deyib.
"Hərbi cəhətdən Serbiya neytral ölkədir və bu, belə də qalacaq. Aleksandr Vuçiç Serbiyanın prezidenti və mən müdafiə naziri postunda olduğum müddətdə bizim ölkəmiz NATO-nun üzvü olmayacaq. Biz NATO-nun aqressiyasını unuda və bağışlaya bilmirik. Biz özümüzü dəyişdirə bilmərik," deyə o bildirib.
"Biz əmin deyilik ki, bir siyasi bloka üzv olduqdan sonra müstəqil dövlət olaraq qalacağıq. Öz qərarlarımızı özümüz vermək istəyirik. NATO-un üzvü olmaq istəmirik, çünki biz bombardman edildik və başqalarının bizə etdiyini indi biz başqalarına etməyə məcbur edilmək istəmirik. Əgər NATO kiməsə qarşıdırsa, bu o demək deyil ki, biz də həmin kəsə qarşıyıq. Mən başqalarının münaqişə və qarşıdurmalarına cəlb olunmaq istəmirəm," serbiyalı nazir deyib.