Rusiyanın “Şeremetyevo” hava limanında qəzaya uğramış “Aeroflot” aviaşirkətinə məxsus “Sukhoi SJ 100” tipli sərnişin təyyarəsinin qara qutularından biri ciddi zədələnib, səs qeydiyyatçısı isə qənaətbəxş vəziyyətdədir.
ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlətlərarası Aviasiya Komitəsinin mətbuat xidmətinin məlumatında deyilir.
“Parametrik qeydiyyatçı yüksək temperatura məruz qalıb və ciddi ziyan görüb. Səs qeydiyyatçısı isə qənaətbəxş şəkildədir”, - məlumatda belə deyilir.