Rusiya Xarici İşlər naziri Sergey Lavrov "Rusiya 24" kanalında qonağı olduğu verilişdə ABŞ-ın digər dövlətlərə qarşı həyata keçirdiyi sanksiyalara münasibət bildirib.
APA “qazeta.ru”ya istinadən xəbər verir ki, Rusiya XİN rəhbəri qeyd edib ki, dünyada heç bir ölkə ABŞ-ın sanksiyalarından sığortalanmayıb.
Lavrov əlavə edib ki, hətta bu ölkənin müttəfiqləri də sanksiyalardan sığortalanmayıb.
Rusiyalı diplomatın ABŞ-ın bu mövqeyini tamamilə düşünülməmiş addım kimi dəyərləndirib: “İqtisadi münasibətlərini dollarla hesablanan dövlətlər istənilən vaxt ABŞ-ın geosiyasi planlarının girovuna çevrilə bilər”.