• DÜNYA

    13:39 8 may 2019

Sergey Lavrov: "Nüvə sazişi ətrafında yaranmış vəziyyət qəbuledilməzdir"

Moskvada İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Rusiya xarici naziri Sergey Lavrov arasında görüş keçirilir.

ONA-nın Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, Sergey Lavrov görüşün əvvəlinə bildirib ki, səfər zamanı İranın Hərtərəfli Birgə Fəaliyyət Planının bəzi müddəalarının icrasının dayandırması məsələsi müzakirə olunacaq: “Biz nüvə sazişi ətrafında yaranmış qəbuledilməz vəziyyəti müzakirə edəcəyik. Bu vəziyyət BMT TŞ-nin qəbul etdiyi qətnamədə də göstərilmiş məsuliyyətdən imtina edən ABŞ sayəsində yaranıb. Rəsmi Moskva İranın əldə olunmuş razılaşmaya və BMT-nin qətnaməsinə sadiqliyini yüksək qiymətləndirir. Biz İran prezidenti Həsən Ruhaninin Hərtərəfli Birgə Faliyyət Planı ilə bağlı müraciətini almışıq və bunu hərtərəfli nəzərdən keçiririk”.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, bir il əvvəl ABŞ Hərtərəfli Birgə Fəaliyyət Planından çıxaraq BMT TŞ-nin qətnaməsini pozub və qətnaməni icra etmək istəyənlərin qarşısında dayanıb.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR