• DÜNYA

    13:26 23 avqust 2020

Rusiyanın Müdafiə naziri Bakıya işgüzar səfərə gələcək - YENİLƏNİB

Rusiyanın Müdafiə naziri Bakıya işgüzar səfərə gələcək.

ONA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu avqustun 25-də Bakıya işgüzar səfərə gələcək.

***

saat 13.26

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Azərbaycana səfər edəcək.

Rusiyadakı hərbi mənbələrdən APA-nın Moskva müxbirinə verilən məlumata görə, Rusiya Müdafiə naziri Azərbaycanda keçiriləcək Dəniz kuboku ordu oyunlarının açılış mərasimində iştirak edəcək.

Rusiya Müdafiə nazirinin Azərbaycana səfərinin avqustun 24-də baş tutacağı gözlənilir.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR