Rusiyanın xarici işlər naziri Sergey Lavrov martın 18-də Türkiyəyə rəsmi səfər edəcək.
ONA xəbər verir ki, daha əvvəl səfərin martın 12-də baş tutacağı bildirilsə də, sonra tərəflərin razılığı ilə səfərin tarixi dəyişdirilib.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi Ankaranın Rusiyadan “C-400” zenit təyyarə sistemini almaq sazişindən imtina etməyəcəyini vurğulayıb.