Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi, xanım Rima bint Bəndər əl-Səud ölkənin ABŞ-dakı səfiri təyin olunub.
ONA BBC-yə istinadən xəbər verir ki, təyinat barədə fərman ötən gün dərc edilib.
Qeyd edək ki, Rima bint Bəndər əl-Saud Səudiyyə Ərəbistanının ilk qadın səfiridir və uşaqlığının bir hissəsini Vaşinqtonda keçirib.