• DÜNYA

    18:03 17 aprel 2019

Səudiyyə Ərəbistanından olan iki bacı Gürcüstana qaçaraq BMT-dən kömək istəyib

Səudiyyə Ərəbistanından olan iki bacı Gürcüstana qaçaraq BMT-nin Qaçqınların İşi üzrə Agentliyindən kömək istəyib.

ONA “Apsny.ge”yə istinadən xəbər verir ki, bu barədə bacılar Twitter-də yazıblar.

“Biz bacıyıq. Mənim adım Mahadır, bu isə bacım Vəfadır. Biz təhlükədəyik. Səsimizi eşitdirmək üçün sizin dəstəyinizə ehtiyacımız var. Bizi qəbul edən və qoruyan ölkəyə ehtiyacımız var. Zəhmət olmasa, bizə yardım edin. Səudiyyə Ərəbistanı hökuməti bizim pasportlarımızı ləğv edib. Biz hazırda Gürcüstandayıq”, - deyə Maha və Vəfa bacıları Twitter-də yazıb.

Onların sözlərinə görə, ata və qardaşları onları tapmaq üçün Gürcüstana gəlib. Bacılar vurğulayıblar ki, Səudiyyə Ərəbistanında ailələri tərəfindən hüquqları pozulurdu.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR