Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül Əziz əl-Səud bu günlərdə krallığa və BƏƏ-yə qarşı törədilmiş hücumla əlaqədar Məkkədə təcili toplanış üçün ərəb ölkələrinin liderlərinə dəvət göndərib.
ONA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər nazirliyi “Twitter” vasitəsilə məlumat yayıb.
Görüş mayın 30-da baş tutacaq.
Qeyd edək ki, mayın 14-də Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinə məxsus mərkəzi neft boru kəməri Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının pilotsuz uçan aparatlarının hücumuna məruz qalıb.
Mayın 12-də isə BƏƏ-nin 4 ticarət gəmisinə ölkə sularında diversiya hücumu edilib və gəmilər partladılıb.