ABŞ prezidenti Donald Tramp yaxın zamanlarda Çin Kommunist Partiyasının sədri Si Tsinpini Ağ Evdə qəbul edəcək.
ONA-nın xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb.
Ağ Evin məlumatına görə, əlavə danışıqlar üçün ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzer və maliyyə naziri Stiven Mnuşin Pekinə səfər edəcəklər.
Bildirilir ki, Çinin baş nazirinin müavini Li He mayın 8-də Vaşinqtona səfər edəcək.