Çin Kommunist Partiyasının sədri Si Cinpin iyunun 5-7-də Rusiyaya rəsmi səfər edəcək.
ONA TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin nümayəndəsi Lu Kan bildirib.
Məlumata görə, səfər çərçivəsində S.Cinpin Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edəcək.
Bildirilir ki, səfər Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə baş tutacaq.