• DÜNYA

    06:40 9 sentyabr 2019

Şiddətli Faksai tayfunu 900 min evi işıqsız qoydu

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) bazar günü ABŞ təyyarələrinin şiddətli Dorian qasırğasına görə Baham adaları üzərindən uçuşlarını müvəqqəti olaraq qadağan edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, hava tənzimləyici xidmətinin rəsmi saytında da qeyd edilib ki, axtarış-xilasetmə işləri və humanitar yardım məqsədilə Baham hava məkanı istiqamətində uçan təyyarələrə məhdudiyyətlər tətbiq olunub.

FAA-nın uçuşunu məhdudlaşdırmaq barədə qərarı ada dövlətin səlahiyyətli nümayəndələrinin təklifi nəzərə alınaraq ilə qəbul edildi.

Qeyd edək ki, son məlumatlara görə, Baham adalarında qasırğanın törətdiyi fəsadlar nəticəsində ən azı 44 nəfər həyatını itirib. 13 minə yaxın bina dağılıb. Rəsmilər bunun son rəqəm olmadığını söyləyirlər.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR