Bu gün yerli vaxtla saat 04.00 radələrində bir avtomobil ABŞ Konqresi ətrafındakı maneələrdən birinə çırpılıb və yanmağa başlayıb.
ONA-nın xəbərinə görə, bu barədə ABŞ Konqresinin polisi məlumat yayıb.
Avtomobildən çıxan sürücü havaya bir neçə dəfə atəş açıb, daha sonra özünü güllələyərək öldürüb.
Naməlum şəxsin kimliyi müəyyənləşdirilir.
Polis hazırda tətildə olan Konqres üzvlərinin hədəf seçildiyini düşünmür.