Fransanın cənubunda yerləşən Bayonna şəhərində 60 yaşlı kişi məscidin giriş qapısını güllələyib, sonra isə ibadət evinin içərisinə “Molotov kokteyli” atıb.
APA TASS-a istinadla xəbər verir ki, hadisə nəticəsində məsciddə olan dindarlardan 2 nəfər yaralanıb.
Hadisə yerli vaxtla, təxminən 14:30-da baş verib.
Polis hadisə yerindən 100 km məsafədə yerləşən Land şəhərindəki cinayətkarın evində axtarış aparıb. Onun avtomobilindən qaz balonu aşkarlanıb. Hazırda müstəntiqlər tərəfindən hadisəni törədən şəxs dindirir. Cinayətin motivləri barədə hələlik heç bir məlumat verilimir.