• DÜNYA

    05:22 19 aprel 2019

Şimali İrlandiyada atışma zamanı bir nəfər ölüb, polis faktı terror aktı kimi qiymətləndirir

Şimali İrlandiyanın Olster əyaləti, Kreqqan şəhərində baş vermiş silahlı insident zamanı bir nəfər ölüb.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə əyalət polisi “Twitter” vasitəsilə açıqlama yayıb.

Bildirilir ki, hazırda hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi araşdırır.

“Kreqqanda gecə saatlarında baş vermiş atışma nəticəsində 29 yaşlı qadın öldürülüb. Biz bu insidentə terror aktı kimi yanaşırıq və hazırda qətlin araşdırmaları aparılır”, - polisin yaydığı açıqlamada belə deyilir.

Polisin açıqlamasına görə, silahlı şəxslər “Molotov kokteyli”ndən də istifadə ediblər. Hadisənin digər təfərrüatları hələlik açıqlanmır.

Qeyd edək ki, son vaxtlar Olster əyalətində radikal qüvvələrin fəallığı artıb. Qüvvələrin fəallığı əsasən “Brexit” fonunda Britaniya ilə birlikdə AB-ni tərk edən Şimali İrlandiya ilə AB-nin tərkibində qalan İrlandiya respublikası arasındakı həll edilməmiş sərhəd məsələlərində özünü göstərir.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR