Şimali İrlandiya polisi Belfastda bir polis avtomobilinə quraşdırılmış partlayıcı qurğunu zərərsizləşdirib.
ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
“Çox şanslıyıq ki, bu qurğu partlamamışdan qabaq aşkar olunub və heç kim ölməyib, yaralanan olmayıb. O məhz polis əməkdaşlarına qarşı qəsd niyyəti ilə quraşdırılıb”, - baş müfəttiş Şon Rayt belə deyib.
Polis hazırda araşdırmalara başlayıb.