• DÜNYA

    08:38 15 mart 2019

Şimali Koreya ABŞ-la danışıqlar aparmaq istəmir

Şimali Koreya ABŞ-ın denuklearizasiya tələblərinə güzəştə getmək fikrində deyil və bu haqda danışıqlar aparmaq istəmir.

ONA-nın RT-yə istinadən yaydığı xəbərinə görə, bunu Şimali Koreya xarici işlər nazirinin müavini xanım Tsoy Son Xi bəyan edib.

Onun sözlərinə görə, yaxım zamanlarda Şimali Koreya lideri Kim Çen In Xanoy sammitindən sonra Pxenyanın növbəti addımlarını açıqlamaq niyyətindədir.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR