• DÜNYA

    10:51 8 dekabr 2019

Şimali Koreya ABŞ-la nüvə silahı məsələsini müzakirə etməyəcək

Şimali Koreya ABŞ-la danışıqlarda nüvə silahının ləğv edilməsi məsələsini müzakirə etməyəcək.

ONA-nın “Alman dalğası”na istinadən verdiyi məlumata görə, bunu Şimali Koreyanın BMT-dəki xüsusi səfiri Kim Son bəyan edib.

K. Son avropalı siyasətçiləri “dəlilik”də, Vaşinqtonu isə Pxenyana qarşı düşmən siyasəti aparmaqda ittiham edib. Şimali Koreyanın BMT-dəki xüsusi səfiri deyib ki, Pxenyana ABŞ-la uzun danışıqlar lazım deyil, Vaşinqton zaman udmaq və gündəlikdəki məsələləri ölkənin daxili siyasəti ilə uzlaşdırmaq istəyir.

Qeyd edək ki, bundan əvvəl BMT Təhlükəsizlik Şurasının üzvləri Fransa, Almaniya, Belçika, Polşa, Böyük Britaniya, o cümlədən Estoniya Şimali Koreyanın noyabrın 28-də ballistik raket sınağı keçirməsini pisləyib. ABŞ Prezidenti Donald Tramp isə zərurət yaranacağı halda Şimali Koreyaya qarşı hərbi gücdən istifadə olunacağını istisna etməyib.

Xatırladaq ki, D. Tramp və Şimali Koreya lideri Kim Çen İn bu il iyunun 30-da keçirdikləri görüş zamanı Şimali Koreyanın nüvəsizləşdirilməsi məsələsi ilə bağlı danışıqları davam etdirmək barədə razılığa gəlmişdilər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR