• DÜNYA

    15:43 18 aprel 2019

Şimali Koreya ABŞ-dan Mayk Pompeonu nüvəsizləşdirmə danışıqlarından uzaqlaşdırmağı tələb edib

Şimali Koreya ABŞ-dan dövlət katibi Mayk Pompeonu Koreya yarımadasının nüvəsizləşdirilməsi danışıqlarından uzaqlaşdırmağı tələb edib.

ONA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

“Əgər Pompeo danışıqlarda iştirak etməyə davam etsə, danışıqlar uzana bilər. Bu səbəbdən də əgər ABŞ-la dialoq bərpa olunsa, biz istərdik ki, ABŞ tərəfdən daha ehtiyatlı və yetişkin insan iştirak etsin”, - deyə Şimali Koreya Xarici İşlər Nazirliyinin Şimali Amerika üzrə şöbəsinin baş direktoru Kvon Çon Qın bildirib.

K.Ç.Qın Maykl Pompeonu rəsmi Pxenyanın mövqeyini düzgün anlamamaqda ittiham edib. O, həmçinin ABŞ dövlət katibini Şimali Koreya lideri Kim Çen In haqda dediyi sözlərə görə tənqid edib.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR