• DÜNYA

    15:18 9 may 2019

Şimali Koreya qısamənzilli raketləri sınaqdan keçirib

Şimali Koreya yenə qısamənzilli raketləri sınaqdan keçirib.

ONA-nın “Sky news”-a istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreya ordusunun rəsmiləri məlumat yayıb.

Məlumata görə, bu gün səhər saatlarında şimali Pyonqan əyalətinin Sinor-ri şəhərindən şərq istiqamətində iki qısamənzilli raket atılıb. Raketlər müvafiq olaraq 420 km və 270 km məsafədə uçublar.

Cənubi Koreya ordusunun rəsmiləri bildirib ki, onlar ABŞ-lı həmkarları ilə birgə bu uşuşların detallarını analiz edirlər.

Zümrüd

Teqlər:

SON XƏBƏRLƏR