KXDR lideri Kim Çen Inın ölkənin müdafiə hissələrinə rəhbərliyi çərçivəsində uzaqmənzilli reaktiv raketlərin və taktiki idarəolunan silahların təlimləri həyata keçirilib.
ONA-nın verdiyi xəbərə görə, bu barədə Koreyanın mərkəzi teleqraf Agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, atışın hədəfi təlim xassələrinin, eləcə də böyükkalibrli başlıqların uzaq məsafədə təsir gücünün və taktiki idarəolunmasının qiymətləndirilməsidir.
Qeyd olunur ki, təlim “siyasi suverenliyin və iqtisadi müstəqilliyin müdafiəsi” xarakteri daşıyıb.