Şimali Koreyada genişmiqyaslı idarə olunan yeni tipli raket sınaqdan keçirilib.
APA xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Məlumata görə, sınaq atışı ölkə rəhbəri Kim Çen Inın rəhbərliyi altında həyata keçirilib. Bildirilir ki, yeni tipli mərmi yerüstü hərbi əməliyyatlarda vacib rol oynayır.