Bu gün Şimali Koreyada parlament seçkiləri keçirilir.
ONA-nın “Alman dalğası”-na istinadən verdiyi məlumata görə, bu, 7 il əvvəl hakimiyyətə gəlmiş Kim Çen İnin dövründə Ali Xalq Yığıncağına keçirilən ikinci seçkidir.
Şimali Koreyanın dövlət KİV-ləri günün birinci yarısında seçicilərin artıq 57 faizinin səs verdiyi barədə məlumat yayıb.
Hər seçki dairəsində deputatlığa bir namizəd var, bu da Koreya Əmək Partiyasının üzvləridir. Ali Xalq Yığıncağına 5 il müddətinə 687 deputat seçiləcək. Seçkilərin nəticələri 2 gün sonra açıqlanacaq. Müşahidəçilərə görə, hazırkı parlament seçkiləri beynəlxalq sanksiyalar fonunda Şimali Koreya xalqının birliyini möhkəmləndirməyə yönəlib.