Şimali Makedoniyada gələn il aprelin 12-də erkən parlament seçkiləri keçiriləcək.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü respublikanın Baş naziri Zoran Zaev prezident Stevo Pendarovski ilə görüşdən sonra açıqlayıb.
O qeyd edib ki, gələn il aprelin 12-də erkən seçkilərin keçirilməsi ilə bağlı konsensusa gəldik.
Şimali Makedoniya hökumətinin başçısının sözlərinə görə, respublika qanunvericiliyinə əsasən, seçkiyə 100 gün qalmış formalaşdırılmalı olan hökumət yanvarın 3-də işə başlayacaq ki, bu da indiki Baş nazirin istefası deməkdir.
Qeyd edək ki, bazar günü axşam Skopyedə siyasi partiya liderlərinin respublika prezidenti ilə görüşdə Avropa İttifaqının Şimali Makedoniyanın birliyə daxil olması ilə bağlı danışıqların başlama tarixinin təxirə salması qərarı müzakirə edilib.
Baş nazir tvitter hesabında bildirib ki, partiya liderlərinin yekdilliklə mövqeyi Şimali Makedoniyanın Avro-Atlantik məkana inteqrasiyasına nail olmaqdır.