Misir təhlükəsizlik qüvvələri Sinay yarımadasının şimalında 11 terrorçunu məhv edib.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, terrorçular Şimali Sinay əyalətinin Əl-Ariş şəhəri yaxınlığındakı zeytun bağlarında gizlənirmiş. Onlar bağlarda özlərinə məxfi baza yaradaraq terror aktları törətməyi planlaşdırırmış.
Misir xüsusi təyinatlılarının bazaya yaxınlaşdığını görən radikal qüvvələr onlara atəş açıb, cavab atəşi ilə terrorçular zərərsizləşdirilib.