Slovakiyada prezident seçkilərində ixtisasca vəkil olan Zuzana Çaputova qələbə qazanıb.
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Seçki Komissiyasının nəticələrə aid yaydığı məlumatda deyilir.
Məlumata görə, ölkənin 96,8 faiz seçki məntəqələrindən əldə olunmuş nəticələrin araşdırılması 45 yaşlı Zuzana Çaputovanın səsvermənin ikinci turunda 58,3 faiz səs topladığını üzə çıxarıb.
“Onun rəqibi, Avropa Komissiyasının sədr müavini Maroş Şefçoviç isə 41,7 faiz seçicinin səsini qazana bilib”, - komissiyanın məlumatında belə deyilir.
Qeyd edək ki, məğlub olduğunu elan edən M.Şefçoviç Z.Çaputovanı qələbə münasibətilə təbrik edib.