• DÜNYA

    16:24 17 mart 2019

Slovakiyada prezident seçkilərinin ilk turunun nəticələri açıqlanıb

Slovakiyada prezident seçkilərinin ilk turunda vəkil və vətəndaş cəmiyyəti fəalı Zuzana Çaputova 40,57 faiz, Avropa Komissiyasının direktor müavini Maroş Şevçoviç 18,66 faiz səs toplayıb.

ONA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, digər 11 namizəd 0,16 faizdən 4,34 faizə qədər səs toplayıblar.

Z. Çaputova və M. Şevçoviç martın 30-da keçiriləcək prezident seçkilərinin ikinci turunda mübarizə aparacaqlar. İkinci turda Ən çox səs toplayan namizəd prezident seçiləcək.

Qeyd edək ki, şənbə günü keçirilən prezident seçkilərinin birinci turunda seçicilərin 48,74 faizi, yəni 2,15 milyon nəfər səsvermədə iştirak edib.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR