Bu gün Slovakiyada prezident seçkiləri keçirilir.
ONA Rusiya mətbuatına istinadən xəbər verir ki, prezidentliyə 13 nəfərin namizədliyi qeydə alınıb.
Səsvermə yerli vaxtla səhər saat 07:00-da başlayıb.
İlkin nəticə seçki bitəndən sonra elan olunacaq, yekun nəticə isə martın 17-də bildiriləcək.
Slovakiya mətbuatının yazdığına görə namizədlər arasında ən şanslılar Avropa Komissiyası prezidentinin müavini 52 yaşlı Maroş Şefçoviç, Ali Məhkəmənin keçmiş sədri 61 yaşlı Ştefan Qarabin və vəkil 45 yaşlı Zuzan Çaputovdur.
Seçicilər arasında 50+1 faiz səs alan namizəd qalib elan ediləcək.
Qeyd edək ki, Slovakiyanın hazırkı prezidenti Andrey Kiska seçkilərdə öz namizədliyini verməyib.