• DÜNYA

    08:10 4 fevral 2021

Sloveniya koronavirusa qarşı peyvəndi sprey vasitəsilə vurmağı planlaşdırır

Sloveniyanın Milli Kimya İnstitutunun mütəxəssisləri kornavirusa qarşı peyvəndləməni oxşar effektli spreyi vasitəsilə vurmağı planlaşdırır.

APA-nın Sloveniya mətbuatına istinadən verdiyi xəbər görə, İnstitut nümayəndəsi Roman Yeral bildirib ki, bu texnologiya elmi və texniki baxımdan maraqlıdır: “Ehtimal ki, yaradılması planlaşdırılan sprey digər viruslar üçün də istifadə ediləcək. Sprey peyvəndə bənzər təsir göstərəcək. Eyni zamanda, bu vasitə peyvəndləm zamanı inyeksiyadan qorxan insanlar üçün də münasibdir. Sadəcə, buruna daxil edilir”.

Yeralın rəhbərlik etdiyi qrup dərmanın nümunələrini gəmiricilər üzərində uğurla sınaqdan keçirib. Lakin Sloveniyalı bioloqlar insanlar üzərində klinik tədqiqatları maliyyə çətinliyi üzündən həyata keçirə bilməyiblər.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR