Rusiyanın Soçi şəhərində xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Mark Pompeo arasında görüş başlayıb.
ONA-nın Rusiya bürosunun verdiyi məlumata görə, görüşdə Rusiya-ABŞ münasibətləri, Suriya və İran ətrafındakı vəziyyət və beynəlxalq gündəmdə duran digər məsələlər müzakirə olunacaq.
Rusiya və ABŞ xarici siyasət idarələrinin görüşündən sonra nazirləri prezident Vladimir Putin qəbul edəcək.