Sakit okeanın cənub-qərbində yerləşən Solomon adaları yaxınlığında 6,1 maqnitudalı zəlzələ olub.
ONA-nın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin ocağı bu ada dövlətinin paytaxtı Xoniardan 656 km şimal-qərbdə, 408 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat, o cümlədən sunami təhlükəsi barədə məlumat daxil olmayıb.