Somalinin paytaxtı Moqadişoda terror aktı törədilib.
APA-nın TASS-a istinadən xəbərinə görə, bu barədə Respublika Federal Parlamentinin üzvü Abdurazak Məhəmməd öz “Twitter” səhifəsində məlumat verib.
O qeyd edib ki, terror zamanı həlak olanların sayı 90 nəfərdən çoxdur. Ölənlərin arasında 17 polis əməkdaşı, 73 mülki şəxs və 4 əcnəbi var.
Bölgədə fəaliyyət göstərən terrorçu qrupların heç biri baş verənlərə görə məsuliyyəti üzərinə götürməyib.
Ölənlər arasında 2 Türkiyə vətəndaşı olduğu deyilir.