Somalidə türkiyəli mühəndisə sui-qəsd edilib.
ONA-nın Türkiyə bürosu Türkiyə XİN-ə istinadla məlumat verir ki, Somalinin paytaxtı Moqadişuda avtomobilinə qoyulan bombanın partlaması nəticəsində bir türk mühəndis ağır yaralanıb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Terror aktını Əş-Şabab terror qruplaşmasının törətdiyi bildirilir.