Somalinin paytaxtı Moqadişoda avtomobilə yerləşdirilən bombanın partlaması nəticəsində 11 nəfər həyatını itirib.
ONA “Euronews”-a istinadən xəbər verir ki, bu barədə polis məlumat yayıb. Partlayış nəticəsində həmçinin yaxınlıqda yerləşən 2 restoran uçub. Polis mayoru Məhəmməd Hüseynin sözlərinə görə, ölənlərin sayı arta bilər. Partlayışa görə heç kəs məsulliyyəti boynuna götürməyib.