Sovet İttifaqı dövründə populyar olan İngilis dili dərsliyinin müəllifi, A.M.Qorki adına Ədəbiyyat İnstitutunun professoru Natalya Bonk vəfat edib.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ali təhsil müəssisəsinin saytında məlumat yer alıb.
“Ömrünün 97-ci ilində bir əfsanə, məşhur xarici dillərin tədrisi metodlarının müəllifi, görkəmli dilçi, Ədəbiyyat İnstitutunun professoru Natalya Aleksandrovna Bonk bizi tərk etdi”, - məlumatda belə deyilir.
N.Bonk 1993-cü ildən Ədəbiyyat İnstitutunda çalışıb, dərsliklərinin tədris olunduğu ingilis dili kurslarının rəhbəri olub.
O, 1993-cü ilə qədər Rusiya Xarici Ticarət Akademiyasında çalışıb. Orada həmkarları ilə birlikdə dövlət sifarişi əsasında “milyonlarla sovet və sonra rus xalqının ingilis dilini öyrənməsinə kömək edən” dərslik yazıb.
1990-cı illərin sonlarında qızı İrina Bonkla birlikdə növbəti populyar kitabı “İngilis dili addım-addım” adlı başqa bir dərsliyi yazıb.