• DÜNYA

    15:22 21 aprel 2019

Şri-Lakada partlayışlarda 2 Türkiyə vətəndaşı ölüb

Bu gün Şri-Lankada törədilən terrora aktları nəticəsində 2 Türkiyə vətəndaşı həyatını itirib.

ONA-nın məlumatına görə, bu barədə NTV telekanalı Türkiyənin Şri-Lankadakı diplomatik nümayəndəliyinə istinadən məlumat yayıb.

Ölən Türkiyə vətəndaşlarının şəxsiyyəti açıqlanmayıb.

Qeyd edək ki, bu gün Şri-Lankada paytaxt Kolomboda 3 oteldə və bir kilsədə, Neqombo qəsəbəsində isə iki kilsədə partlayış törədilib. Partlayışlar nəticəsində ən azı 185 nəfər ölüb. Sonra daha iki partlayışın törədildiyi açıqlanıb.

Şri-Lanka hakimiyyəti terror aktlarında ölənlərdən 35 nəfərin əcnəbi olduğunu açıqlayıb.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR