• DÜNYA

    13:13 22 aprel 2019

Şri-Lanka hökuməti aprelin 23-nü matəm günü elan edib

Şri-Lanka hökuməti ölkədə baş vermiş terror aktları ilə bağlı aprelin 23-nü matəm günü elan edib.

ONA-na xəbər verir ki, bu barədə “News 1st” telekanalı məlumat yayıb.

Qeyd edək ki, ötən gün Şri-Lankada katoliklərin Pasxa bayramını qeyd etdiyi ərəfədə 8 yerdə partlayış baş verib. Partlayışların əksəriyyəti kilsə və otellərdə törədilib. Nəticədə 290 nəfər ölüb, 500 nəfər xəsarət alıb. Polis hadisədə şübhəli bilinən 24 nəfəri saxlayıb.

Ölənlər arasında xarici ölkə vətəndaşları da var.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR